Haqqımızda
İspanviza haqqında
İspanviza, İspaniyaya ailəvi və ya fərdi köçmək istəyən insanlara tam şəffaf və etibarlı bir xidmət təklif edir. Əsas işimiz viza prosesini sizin üçün sadələşdirmək, həmçinin İspaniyada yeni həyatınıza güvənlə başlamağınızı təmin etməkdir.
Missiyamız
İspaniya vizaları haqqında məlumat çox vaxt dağınıq, köhnəlmiş və ya xarici dildə olur. Biz Non-Lucrative, Digital Nomad, Start-Up və İspaniya üçün nəzərdə tutulmuş digər bütün viza növləri haqqında məlumatları sadə dildə və addım-addım veb səhifəmizdə izah edir, viza seçimində doğru qərarı verə bilməyiniz üçün ehtiyacınız ola biləcək bütün məlumata sahib olmağınıza köməklik edirik. Şəffaflıq və dürüstlük işimizin əsasıdır.
Niyə bizə etibar edə bilərsiniz?
Şəffaf proses
İlkin konsultasiyada hər bir mərhələni, habelə ilk addımdan etibarən TIE kartının alınmasına qədər, əvvəlcədən ətraflı izah edirik. Ən əsası, gedişat zamanı heç bir gözlənilməz addım və ya gizli ödəniş tələbi olunmur.
Ödənişiniz geri qaytarılır
Full Visa Paket modeli çərçivəsində müraciətiniz rədd edilərsə, ödənişinizi geri qaytarırıq. Beləliklə, pul itkisi riskindən azad olmuş olursunuz.
Hüquqi tərəfdaşımız
İspaniyada əcnəbilərlə bağlı immiqrasiya məsələləri üzrə kifayət qədər təcrübəyə və lisenziyaya (gestor de extranjería) sahib mütəxəssislərlə əməkdaşlıq edirik. Bu, sənədlərinizin yerli hökumətin tələblərinə uyğun hazırlanmasına və müraciətinizin düzgün aparılmasına zəmanət verən əsas üstünlüklərimizdən biridir.
Kimik və haradan işləyirik
- Ad
- İspanviza
- Fəaliyyət yeri
- Alicante, İspaniya
- E-poçt
- info@ispanviza.com
- WhatsApp-da yazın

İlk konsultasiya tamamilə ödənişsizdir
İspaniyada yaşamaq üçün uyğun olub-olmadığınızı cəmi bir konsultasiya ərzində öyrənin.